“Bu gündən etibarən Bakıda quraşdırılmış xüsusi polis postları götürülüb”.
İctimaixeber.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, həmin postlar götürülsə də, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər:
"Polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşlarımızın sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, faəliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər. Bu işlər gücləndirilmiş variantda davam etdirilir”.
Bildirirəm ki, Bakı, Sumqayıt, Gəncə, Lənkərandan, eləcə də Abşerondan respublikanın digər şəhər və rayonlarına gedişə icazə verilmir. Eləcə də, digər rayon və şəhərlərdən adıçəkilən ərazilərə qoyulan giriş qadağası xüsusi karantin rejimi bitənə qədər qüvvəsində qalacaq. Bəzən yaşlı nəslin nümayəndələri bu məqamlara diqqət etmirlər. Xahiş edirik ki, hər kəs karantin rejimi bitənə qədər tətbiq edilən qaydalara riayət etsin”.
Qeyd edək ki, karantin rejimi dövründə respublikanın digər şəhər və rayonlarına gediş-gəlişlə bağlı ilk gündən tətbiq edilən istisna hallar qüvvədədir.
Bakıda karantin postları ləğv edildi - RƏSMİ
sosial sebeke

















