Vətən onu sevənlərlə var olur!

sosial sebeke

Bu gün ürəyində vətən sevgisi, damarlarında əsil azərbaycanlı qanı axan hər bir uşaqın, gəncin, qocanın ürəyində elə bir nisgil,elə bir yara var ki ,o yara qaysaq bağladıqca daha da ağırlaşır , daha da ağrıyır və göynərtisi daha da dözülməz olur.Bu ağrının adı : Qarabağ dərdi, Şuşa yanğısıdır. Elə bu ağrıyla da Şuşaya , Qarabağa aid yazıları, fotoşəkilləri izləyirdim k, diqqətimi bir şeir parçası daha çox cəlb etdi.
Düşmən quduz və bəddir
Aramızda sərhəddir
Pozub neçə min həddi
Görüşünə gələcəm!
Gözlə məni Qubadlı!
Gözlə məni Ağdamım!
Gözlə məni Kəlbəcər!
Gözlə məni Laçınım!.......
Şeiri oxuyanda insan sanki bir anlıq qanad açıb uçmaq istəyir o, yerlərə.
Bütün sərhədləri, bütün həddləri pozub sahibi olduğu yurd yuvasını bağrına basmaq istəyir. Gözü yolda qalanına "Gözlə məni !!!" deyir.
Deyillərki, vətən sevgisi,vətən eşqi , hər kəsin qəlbində var. Amma bu sevgini daha çox sübut edən şəhidlik zirvəsinə ucalan insanlardır. Ətrafımizda tanıdıqlarımızdan qohumu, yaxını ,doğma insanları şəhid olanlar çoxdur.Qəlbimizdə bu insanlara xüsusi bir sevgi, sonsuz hörmət və ehtiram hissi yaranıb hər zaman.Bəzilərimiz o şəhidlik zirvəsindəki aliliyə, yüksəkliyə ucalmağa qibtə etmişik.Bu zirvəyə yüksəlmeyinsə yalnız bir səbəbi var "sonsuz vətən sevgisi".....
Elə haqqinda söhbət açacağım qəhrəmanımda vətənə sonsuz sevgisi, bağlılığı olan Elmir Quliyevdir. Onunla tanışlığım yazdığı şeirlərdən başlayıb.Müsahibimin zəngin mənəviyyata sahib olduğunu biləndə onun vətən sevgisindən yoğrulmuş mənəvi dünyasını sizində tanımağınızı istədim.
Elmir Əjdər oğlu Quliyev 15 avqust 1996-ci ildə İmişli rayonunun Çaxırlı kəndində sade, zəhmətkeş bir ailədə doğulub.2003 - çi ildə həmin kəntdə Şəhid Fərhad Quliyev adına tam orta məktəbin birinci sinfinə gedib.
Digər yoldaşlarından fərqli olaraq o daha kövrək ,daha əzimli, daha qətiyyətli , daha mübariz bir uşaq kimi daxil olub bu məktəbə . Çünki bu məktəb onun şəhid əmisi Fərhad Quliyevin adını daşıyıb.
Elmir Quliyev 2014-cu ildə 550 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. Artq bu il həmin universitetin məzunudur. Onun məqsədi vətənimizə layiqincə xidmət etmək , işində məsuliyyəti, bacarıq və səriştəsi ilə gənc nəslə nümunə olmaqdır.O, vətənə olan borcunu, sonsuz sevgisini təkcə işinə məsuliyyəti ilə ifadə etmir. Onun söz dünyası, ədəbiyyat aləmidə sirli- sehirli naxışlardan ibarətdir.Daha çox diqqətimi cəlb edən onun vətənpərvərlik mövzusunda yazdığı şeirlər oldu. Yazdığı şeirlər onun zəngin mənəviyyatından xəbər verir.
Düşmən quduz və bəddir
Aramızda sərhəddir
Pozub neçə min həddi
Görüşünə gələcəm!
Sinəmi dağlamasın,
Bəxtimi qınamasın,
Laçınım ağlamasın,
Görüşünə gələcəm!
Qəlbimə batıb xəncər,
Nəbiyə dayaq Həcər,
Darıxma ey Kəlbəcər!
Görüşünə gələcəm!...
Elmirlə söhbətimiz zamanı o, bildirdi ki özünə ləqəb kimi götürdüyü "Fərhadlı"adı Şəhid əmisi Fərhad Quliyevin xatirəsini əziz tutduğu üçündür.
Şəhidimiz Fərhad Quliyev 1993-cu ildə Füzuli rayonunun Qızılqaya uğrunda gedən yüksəkliklərində qəhrəmancasina şəhid olub.Əmisinin qəhrəmanlığı, vətən sevgisi Elmir üçündə bir örnəkdir.
Elmirlə söhbətimiz zamani o bildirdi ki, vətəni sevmək " vətəni sevirəm' deməklə olmur. Onun hər daşını qayasını qorumaq, vətən üçün faydalı işlər görməkdir.Onun ədəbiyyatını, tarixini, incəsənətini, milli irsini, öyrənmək, qorumaq, yaşatmaq və təbliğ etməkdir.
Elmir Fərhadlıya məqsədinə doğru inamla addımladığı yolda səbr ,əzm və yeni- yeni müvəffəqiyyətlər arzulayırıq. Vətən onu sevənlərlə var olur!


Ulduz Əliyeva.

Vətən onu sevənlərlə var olur!
Vətən onu sevənlərlə var olur!
Vətən onu sevənlərlə var olur!

Vətən onu sevənlərlə var olur!

SON XƏBƏRLƏR