“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1- 176.1-ci maddələrini əhatə edən “İnsan oğurluğu”, “Qız qaçırtma” mövzularında fikir mübadiləsi aparıldı, bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Mircəfər Əyyubov - “Təzəpir” məscidinin axundu.
2. Ülviyyə Murtuzova – Yeni Nəsil Innovativ və Sosial Dəstək İctimai birliyin sədri və Kitabxana.net kitab portalının idarə heyətinin üzvü. Ailə məsələləri uzrə ekspert.
3. Bəkir Həsənov – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəki.
Verlişin informasiya dəstəyi “İctimaixeber.com” və dünyatv.az sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə xüsusi buraxılışın videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“İctimaixeber.com”
























