Eldar Əzizovun Hacı Ramiz adlı "makleri" kimdir?

sosial sebeke

Eldar Əzizovun Hacı Ramiz adlı "makleri" kimdir?
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Tepartamentinin rəisi Hacı Ramiz Hacıyev ətrafında baş verən olaylar səngimək bilmir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kürsə sahib olduqdan sonra təmizləmə əməliyyatına başladı.

Etiraf edək ki, təmizləmə əməliyyatının uğurlu keçidi yuxarı dairələridə razı salmışdır. Lakin E. Əzizovun nəzərindən qaçan Haçı Ramiz sanki "gözbağlayıcı" ralonu aparır. Zaman-zaman internet mediasında jurnalistlərin haqlı tənqidinə tuş gələn rəis Hacıbala Abutalıbova sığınmış və bu yolla özünü müdafiə etməyi bacarmışdır. Əldə etdiyimiz dəqiq məlumatlara görə, paytaxt meriyasında qanunsuz tikintilərə verilmiş icazə işi ilə məşğul olanlardan biri də Hacı Ramizdir.

Məmurlar arasında "makler" kimi tanınan Hacı Ramiz krişa hesabına kifayət qədər vəsait toplamağı bacarıb. Digər bir məlumatda isə bildirilir ki, BŞİH-nin əlaqədar qurumlarının verdiyi icazə sənədi üçün Hacı Ramizin maklerkik işindən özünə çatacaq gəlir 2000 min manatdan 50 min manata qədər, hətta şəhər mərkəzindəki obyektlər üçün isə 100-150 min manat qədər hesab aldığı deyilir.

İcra hakimiyyətinə çatdırdığı rüşvətlərdən aldığı faizlər hesabına "makler" Hacı Ramiz adlı şəxs milyonçu oliqarxa çevrilib. Görünən tərəf odur ki, BŞİH-nin başçısı Eldar Əzizov özü də maklerin xidmətindən maraqlıdır. Növbəti yazılarımızda "makler" Hacı Ramizin qara yollarla əldə etdiyi milyonların hesabını sizlərə təqdim edəcəyik. Bizi izləməyi unutmayın... (dosye.org)

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

SON XƏBƏRLƏR