Yetimlər bizə Allahın əmanətidir.
12.06.2020-ci il tarixində “Umud Xeyriyyə Fondu” Ramanada yerləşən “Nur” uşaq evinin qonağı oldu. Uşaq evinə hədiyyə olaraq televizor, boşqab dəsti və Sumqayıt şəhərində fəaliyyət göstərən “Banu” Şərq şirniyyat evinin rəhbəri Samir Süleymanov şirniyyat ehsan etdi.
Hər zaman yetim və kasıb ailələrin uşaqlarına dəstək olan “Umud Xeyriyyə Fondu”nun rəhbəri Raya Məlikova öz fikirlərini bizimlə bölüşdü.
– Yetimlər bizə Allahın əmanətidir. Yeganə xanım “Umud Xeyriyyə Fondu”nun rəhbəri olaraq çalışdığım qədər uşaqlara və aztəminatlı ailələrə hər zaman yardım edirəm. Bu mübarək cümə günündə valdeynləri tərəfindən imtina olunmuş 22 yetimlə birlikdə keçirtmək, onlarla danışmaq, onlara dinləmək mənə xoş oldu. Allahın əmanəti olan yetimləri sevindirməkdə bizə dəstək olan hər bir kəsdən Allah razı olsun! Bizə əl tutan hər bir kəsə sizin sayıt vasitəsilə öz təşəkkürümü bildirirəm. Hər bir edilən yaxşılıq ehsandır. Allah qıəbul etsin. Nəzərinizə çatdıraq ki, “Nur” uşaq evinin 22 sakini var onlar valdeynləri tərəfindən atılan, ata, ana sevgisindən uzaq olan uşaqlardır. Ən böyük uşağ 15 yaşında, ən kiçik uşağ isə 2 yaş 6 aylıqdır. “Nur” uşaq evi 1 ildir fəaliyyət göstərir, uşaq evinin direktoru Aynur Xudiyevadır.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq Raya xanımın xeyirxah, nəcib təşəbbüsünü, əməlisaleh işlərini alqışlayırıq.
Zamiq Alışov – Sayıtın rəhbəri
Yeganə Telmanqızı – Xüsusi muxbir
























