Qadağa günlərində dərmana ehtiyacı olanların NƏZƏRİNƏ!

sosial sebeke

Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı vətəndaşlar apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914 və *7700 “Qaynar Xətt”inə və www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.

İctimaixeber.com bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda vətəndaşlara yalnız zəruri halda dərman sifariş vermələri tövsiyə edilib.

Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

SON XƏBƏRLƏR