Özünü həkim sənətinə həsr edənlər ən qiymətli insanlardır... FOTO

sosial sebeke

Hər zaman humanist və xeyirxah əmələri ilə fərqlənən oftamaloq cərrah Elvin Yadigarov bu gün insanlıqa xas olan daha bir xeyirxah addım atdı.

Doktor Elvin Yadigarov öz vəsaiti hesabına 16.06.2020-ci il tarixində AMT klinikasında əslən Kürdəmir rayonundan olan 53 yaşlı Aygün Əlif qızı Cəbiyevanın hər iki gözünü bir necə aparatla müayinə edərək gözünə müəyyən qədər nur gəlməsi üçün Avastin iynəsi vurdu və gözlərin müəyyən qədər görməsi üçün müalicə yazdı.
Xatırladaq ki, Aygün Əlif qızı Cəbiyeva necə zamandır göz xəstəliyindən, əziyyət çəkir.

Oftamaloq cərrah Elvin Yadigarov bizimlə həmsöbət oldu:

- Aygün xanım 15 ildir şəkər xəstəliyindən əziyyət çəkir. Ümumiyyətlə belə problem yaşayan xəstələrin çoxu şəkər diabeti xəstəliyindən əziyyət çəkən xəstələrdir. Müayinə vaxtı pocientin hər iki gözündə torlu qışada qopma aşkarlandı. Bu xəstəliyin aradan qalxması üçün mütləq xəstə ciddi şəkildə müalicə olmalıdır. Yeganə xanım əsas məqsədim odu ki, Aygün xanım müəyyən görmə qabiliyyəti ilə özünü idarə etsin. Bu gün sağ gözünə “Avestin” iynəsi vuruldu və zamanla xəstənin görməsi müəyyən faizlə bərpa olunacaq.
Müəllifdən: Məndə Oftamaloq cərrah Elvin Yadigarovon nəcib, xeyirxah təşəbbüsünə dəstək olaraq sayıtımızda işiqlandırmağı özümə borc bildim. Sizə çətin və gözəl işinizdə uğurlar arzulayıram Doktor. Nəzərinizə çatdırıram hər zaman Respublikada xeyirxah, əməlisaleh işləri ilə seçilən “Ümud Xeyriyyə Fondu” bizə bu işdə dəstəkdir.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

SON XƏBƏRLƏR