Azərbaycan Respubilkasının Daxili İşlər Naziri cənab Ramil Usubova
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
İsmayıllı rayonu Aşağı Cunyan kəndində yaşayan Mazanov Elvin Akif oğlu tərəfindən
ƏRİZƏ
Cənab Nazir!
Hörmətli Baş Prokuror!
Yazıb sizə bildirirəm ki, Bakı şəhərində yaşayan Elsevər adlı şəxsin maşın alveri ilə məşğul olduğunu bildiyim üçün 15 dekabr 2018-ci il tarixdə Elsevərə zəng edərək maşın almaq istədiyimi bildirdikdə, Elsevər də mənə “mersedes” markalı avtomaşın olduğunu və 2600 manata kreditə sala biləcəyini dedi. 17 dekabr 2018-ci il tarixdə dostum Elşənlə birlikdə Bakıya gələrək, metronun “Azadlığ” stansiyasının yaxınlığında Bəxtiyar adlı şəxslə görüşdük. Elsevər də ora gəldi. Biz birlikdə “Şamaxinka” deyilən yerə getdik. “Dobromed” hospitalının yanında 2600 manat pulu Elsevərə verdim. Sonra ordan Xocəsənə getdik, Bəxtiyar bizi otelə yerləşdirdi. Bəxtiyarın yanında olan Teymur adlı şəxs bizə nömrə verdi və sabah bu nömrəyə zəng vurmağımızı xahiş etdi. Səhər o nömrəyə zəng vursam da, həmin nömrəyə zəng çatmadı. Biz də (mən, Elşən və Elsevər) Bəxtiyarın yaşadığı evə getdik. Elsevər Bəxtiyarı çağırdı, atası cavab verərək bildirdi ki, Bəxtiyar evə indi gəlib, yatır.
Biz Polis Bölməsinə şikayət etmək üçün getdikdə, Bəxtiyar bizə zəng edərək 2-3 günə pulumuzu qaytaracağını bildirdi. Mən pulumu bu gün qaytarmağını tələb etdikdə, Bəxtiyar nalayiq söyüşlərlə məni təhqir edərək, “ged istədiyini et” deyərək hədə qorxu gəldi.
Bu barədə Binəqədi RPİ-nə müraciət etdim, müraciətimə Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Fazil Osmanov baxdı. Heç bir tədbir görməyən F.Osmanov bildirdi ki, araşdırmaya ayrılan vaxt ərzində həmin şəxsləri tapa bilmədiyimiz üçün cinayət işinin başlanmasını rədd etdik. Bu barədə Daxili İşlər nazirliyinin də xəbəri var.
Cənab Nazir!
Hörmətli Baş Prokuror!
F.Osmanovun bir aydan artıq bir müddət ərzində tapa bilmədiyi Bəxtiyar adlı şəxs, Binəqədi RPİ-nin 4-cü polis Bölməsinin yanında yaşayır. Sizdən artıq dərəcədə xahiş edirəm ki, işin obyektiv araşdırılmasına göstəriş verəsiniz. İnanıram ki, Sizlərə ünvanladığım məktubdan sonra mənim müraciətimə baxılaraq həll edilməsi istiqamətində inanıram ki, mühüm addım atılacaq. Mənə qarşı dələduzluq edən Bəxtiyar və onunla əlbir olduğu deyilən müstəntiq F. Osmanovla bağlı ciddi ölçü götürlməsini və mənə dəyən ziyanın ödənilməsinə köməklik göstərməyinizi xahiş edirəm. Öncədən Sizlərə öz təşəkkürümü bildirirəm.
İmza: Mazanov Elvin Akif oğlu
Dələduzu gizlədən Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Fazil Osmanovdan Ramil Usubova - ŞİKAYƏT
sosial sebeke

















