“Umud Xeyriyyə Fondu”nun daha bir uğurlu addımı.
Xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır.
1 ay öncə Sumqayıt şəhəri yataqxanada yaşayan aztəminatlı ailənin xanımı Yeganə Qasid qızı Əliyeva “Umud Xeyriyyə Fondu”na müraciət edərək bildirmişdir ki, ailədə iki uşaq böyüyür ailə başçısı xəstə olduğundan ailənin maddi gəliri çox azdı və yaxın günlərdə daha bir övladda dünyaya gəlməlidir. Ana ciddi damar problemi yaşadığı üçün övladı mütləqi şəkildə qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gətirməlidir. “Umud Xeyriyyə Fondu”nun rəhbəri Raya Məlikova və fondun mətbuat xidmətinin rəhbəri Yeganə Telmanqızı Sumqayıt şəhər 1 saylı doğum evinin baş həkimi Təranə Rəcəbliyə müraciət etdi. Təranə xanım və doğum evinin ginikaloqu Yeganə Muradova bu əməliyyatı xəstaxana tərəfindən tam təmənnazıs şəkildə qarşılacağını bildirdi. Bu gün 19.06.2020-ci il tarixində saat 12:00 radələrində Əliyevlər ailəsinin 3 kq 800qr. oğlan övladları dünyaya gəldi. Xəstaxanın baş həkimi Təranə Rəcəbli başda olmaqla ginikaloq Yeganə Muradova, anesteziya həkimi İnarə Qasımovaya, uşaq həkimi Aidə Niftəliyevaya, reanimasiyanın baş tibb baçısı Cəmilə xanıma, tibb bacıları Şahidə xanıma, Nazilə xanıma, Ceyran xanıma bütün tibbi personalına “İctimaixeber.com” informasiya portalı və “Umud Xeyriyyə Fondu” olaraq öz təşəkkürümüzü bildirirk.
Hər bir yaxşı əməl ehsandır. Sumqayıt şəhər 1 saylı doğum evinin tibbi işçiləri sizin hər birinizin etdiyiniz bu yaxşılığı xeyirxah, nəcib təşəbbüsünüzü, əməlisaleh işlərinizi bütün Azərbaycan xalqı alqışlayır.
Yeganə Telmanqızı
“İctimaixeber.com”






















