Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri Xəyyam Daşdəmirov da son mənzilə yola salınıb.
İctimaixeber.com xəbər verir ki, 18 yaşlı əsgər ilə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Balik kəndində olub. Kənd sakinləri onun cənazəsini Azərbaycanın Dövlət Himni ilə yola salıblar.
Mərasimdə şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib. Şəhidimiz torpağa tapşırılıb.
Bütün şəhidlərə Allah rəhmət eləsin. Vətən sağ olsun.
İsmayıllı 18 yaşlı şəhidini belə yola saldı
sosial sebeke

















