Bu gün hər birimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəriyik

sosial sebeke

Güloğlan Cabbarov- Biz son damla qanımızacan döyüşərək doğma vətənimizi gözbəbəyi kimi qorumağı özümüzə müqəddəs borc bilirik.

Son bir neçə gündə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində baş verənlər, işğalıcı və təcavüzkar Ermənistanın növbəti təxribatı, vəziyyətin gərginlənməsi hər birimizin diqqətində olan məsələdir. Nəinki bizim, bütün dünyanın diqqətindədir. Ermənistanın növbəti təxribatı, növbəti fitnəkarlığı bu qondarma, yarımmüstəqil, yarımmüstəmləkə ölkənin, fopostun işğalçı və təcavüzkar mahiyyətinin növbəti dəfə əyani təcəssümüdür. Bununla təcavüzkar Ermənistan, onun bədnam rəhbərlyi bir daha özlərinin iç üzlərini, mahiyyətlərini, simalarını ortaya qoydular və qoymaqdadılar.
“Dövlət başçısı”- Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”-deyərək həmçinin bildirdi ki, düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib.
Bəli, bu, Ermənistanın, bədnam və sərsəm Paşinyan hakimiyyətinin mahiyyətinə, onun “siyasətinə” verilən ən gözəl dəyərləndirmədir. Bu ölkə daim qorxaqlığı və riyakarlığı, yalan və böhtanları ilə seçilib, fərqlənib. Dövlət başçısı hücum diplomatiyasından çıxış edərək, nasist siyasətlərini bir-bir ifşa edir, onların maskasını yerə düşürür. Bundan sonra da belə olacaq, Ermənistan bütün cəbhələrdə Azərbaycanın öldürücü, məhvedici zərbələri ilə sarsıdılacaq, ciddi fəsadlara, uğursuzluqlara düçar ediləcək.
İnanıram və əminəm ki, hüquq-mühafizə, təhlükəsizlik orqanları təxribat sifarişçilərini araşdıracaq, təxribatçıların bir-bir kimliyini, kim olduğunu üzə çıxaracaq, onlara lazımi və gərəkən hüquqi qiymətlərini verəcəklər. Çünki güclü, qüdrətli, demokratik, qanunlarla idarə olunan bir ölkədə yaşayırıq və heç kimə də özünü hüquqdan, qanunlardan yuxarı aparmağa razı ola, imkan verə bilmərik. Şəhidlərimiz, igidlərimiz, Qarbağımız bizim müqəddəs dəyərlərimizdir, heç kim və heç kim o dəyərlərə, o müqəddəslərə, müqəddəsliklərə toxuna, onlara hörmətsizlik edə bilməz. Biz buna xalq, millət, dövlət olaraq imkan verə bilmərik, imkan verməmişik, imkan vermirik, bundan sonra da imkan verməyəcəyik. Eyni zamanda, bu Haqq savaşında, Qarabağ mübarizəsində bizimlə birgə olanları, həmrəylik nümayiş etdirənləri, dəstək göstərənləri də qiymətləndirməliyik və qiymətləndiririk. Qələbə, Zəfər uzaqda deyil. Düşmən Ermənistan və onun havadarları cavablarını çox ağır şəkildə alacaqlar. Biz tezliklə Qələbəyə, Zəfərə nail olacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır”.
Bu gün hər birimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəriyik və lazım gələrsə vətənimiz qarşısında borcumuzu ödəməyə hazır olmalıyıq. Buna görə də həmrəy olub, Ali Baş Komandanın əmrini gözləməli, heç bir təxribata yol verməməliyik. Çünki Azərbaycan xalqı qorxmaz və vətənpərvərdir. Biz son damla qanımızacan döyüşərək doğma vətənimizi gözbəbəyi kimi qorumağı özümüzə müqəddəs borc bilirik.
Bu gün təxribatlara imkan verməyə milli və mənəvi haqqımız yoxdur. Bu cür təxribatları pərdə arxasından təşkil edənlər, məkrli arzularla yaşayanlar birmənalı şəkildə bilsinlər ki, onların oyunları artıq işləmir, gənclərimizi hansısa təxribatda alətə çevirmək istəyənlər mütləq ifşa olunacaq və qanuni cəzalarına çatdırılacaqlar. Bu, ona görə lazımdır ki, bu cür təxribatlar xalqımızı müqəddəs məqsədindən, Qarabağımızdan uzaqlaşdırır, yalnız düşmənin maraqlarına xidmət edir. Açıq və gizli düşmənlərimiz qoy bilsinlər ki, bizlər Xalqımızın, Ali Baş Komandanımız cənab İlham Əliyevin və qələbəyə köklənən Ordumuzun yanındayıq! Qarabağımızın azadlığına aparan yeganə yol da yalnız bu yoldur! Azərbaycanımıza öz dəstəyini açıq şəkildə ifadə etmiş qardaş Türkiyəyə, onun sivil toplumuna, başda Türkiyə Prezidenti cənab Ərdoğan olmaqla bütün rəsmilərinə, bu ağır günlərdə ölkəmizə dəstəyini ifadə etmiş bütün dövlətlərə, beynəlxalq təşkilatlara öz adımızdan təşəkkür və ehtiramımızı bildiririk!


Güloğlan Cabbarov
Hüquqşünas

Bu gün hər birimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəriyik
Bu gün hər birimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəriyik
Bu gün hər birimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəriyik

SON XƏBƏRLƏR