Güloğlan Cabbarov - Nəyin bahasına olur olsun qanımızla, canımızla Qarabağı qaytaracayıq.
Azərbaycanda son günlərdə qəhrəman rayonumuz olan Tovuzda verdiyimiz dəyərli şəhidlərin ruhunun qarşısında qarşısında hər birimiz bir Vətən oğlu kimi Vətənimizə, xalqımıza, dövlətimizə söz verdik: Nəyin bahasına olur olsun qanımızla, canımızla Qarabağı qaytaracayıq. Bu gün Londonda Ermənistan səfirliyi qarşısında azərbaycanlılarla ermənilər arasında kütləvi qırğında azərbaycanlılar “Qarabağ bizimdir, bizim olacaq” şüarı altında erməniləri susdurudular. İxtişaşlar içərisində bütün istiqamətlərdə düşmənin təxribatlarının qarşısı alınacaq Azərbaycanın fəxri olan idmançılarımız kikboksinq üzrə dünya və Avropa çempionu Hafiz Baxşəliyev, boks üzrə dünya və Avropa çempionu Zaur Teymurov var idi. Xatırladaq ki, Dünya çempionu, dostum Hafiz Bakhshaliyev 2016-ci ildə aprel döyüşləri ərəfəsində Londonda keçirilən aksiyaların önündə idi. İdmançımız azərbaycanlığını, vətənpərvərliyini nümayış etdirərək azərbaycanlığını tərənnüm etdərək Ermənistan səfirliyi qarşısında soydaşımıza hücumu təşkil edən erməni diasporunun əsas fəallarından Andranik Qriqoryanı zərərsizləşdirdi.
İnşallah o gün uzaqda deyil Qarabağda QƏLƏBƏMİZİ qeyd edəcəyik.
Güloğlan Cabbarov
Hüquqşünas





















