Qəhrəman olmaq üçün qəhrəman olaraq dunyaya göz açmalısan. Polad Həşimov bir tarixə, bir əfsanayə çevrildi.
Bu gün Sumqayıt şəhərində doğulub boya-başa çatan evin Polad Həşimovun anası Səmayə xanımın qonağı olduq.
Bəli, biz xalq olaraq şərəfli ölümlə hər zaman fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu vətən, bu xalq, bu millət nə qədər faciələrlə üzləşsə də yaşamaq əzmini itirməyib.
İgidimizin özündən sonra qəhrəmanlığı, şərəfli döyüş yolu və iki övladı yadigar qaldı bizə.
1975-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş ailədə dünyaya gəlmiş Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir.
Polad Həşimov Sumqayıt şəhər 34 saylı tam orta məktəbin məzunu olub, məktəbi bitirdikdən sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alır və sonra təhsilini Türkiyədə davam etdirib.
O, Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib. Talış yükəkliklərində 7 döyüş postu var. Biri “Polad postu” adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.
Səmayə Həşimova oğlu haqqında xatirələrini bizlə bölüdü:
- Polad uşaqlığından sayılıb seçilən, aktif uşaq idi. Orta məktəbi əla qiymətlərlə oxuyurdu. Mənim arzum onu hüquqşünas görmək idi. Amma o öz arzusunun arxasınca getdi. Arzusu ona Ali Hərbi məktəbə gətirib çıxartdı. Polad hər zaman dövlətini, xalqını, əsgərini düşündü. Rəhbəri olduğu hərbi hissənin əsgərlərinə böyük qardaş, ata oldu. Hərbi xidmətini başa vuraraq və yaxud məzuniyyətə evə gedən əsgərinin cibinə pul qoydu. Əsgərin min əziyyətlə daşıyıb gətirdiyi suyu belə qıymadı içə yazıq balam. Dövlət ona qüsursuz xidmətlələrinə görə ev bağışlamışdı o evidə şəhid ailəsinə bağışladı. Övladım valdeynlərinə, ailəsinə, övladlarına bağlı bir oğlan idi. Bütün ailə üzvülərimiz, bizi sevənlər, Poladın yaxınları, dostları Poladla fəxr edir
Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Ona vaxtından əvvəl cənab Ali Baş Komandan İlham 2019-cu ildə general rütbəsi verilib. Anası Səmayə xanım oğlunun general rütbəsi almağını belə xatirlayır:
- Polad evə gəldi əlində hərbi forma var idi və mənə dediki, ana gözün aydın general rütbəsi aldım. Polad Vətənini, dövlətini, xalqını, əsgərini, peşəsinı sevirdi. Polad cəsarətli oğul idi. Evə gələndədə əsgəri, səngəri fikirləşirdi. Oğlumu Vətən üçün böyütdüm qızım.
Onun 3 övladı var, iki oğlu, bir qızı.
14 iyul səhər saatları...General-mayor Polad Həşimov Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə uçalıb.
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov İkinci Fəxri xiyabanda dəfn olunub. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı Polad Həşimovun xidmət etdiyi hərbi hissənin tabor komandirləri, şəhidin əsgərləri, zabitləridə və Polad sevərlər qatıldı. Polad İsrail oğlu Həşimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə (2001)- "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, (2002) - III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, (2003) -"Hərbi xidmətlərə görə" medalı, (2008) - "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, (2007) - II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, (2009) - "Vətən uğrunda" medalı, (2013) - "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, (2012) - I dərəcəli "Qüsursuz xidmətə görə" medalı, (2014) - III dərəcəli "Vətənə xidmətə görə" ordeni, (2016) - II dərəcəli "Vətənə xidmətə görə" ordeni, (2017) - "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı, (2018) - "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medallar ilə təltif edilmişdir. Polad Həşimov unikal general idi. Polad Həşimovun vəfatı cəmiyyət üçün böyük itkidir.
O gün olsun torpaqlarımızı tezliklə düşmən tapdağından azad edək. O zaman cənab generalın və minlərlə şəhidlərimizin ruhu şad olacaq! İnşallah o gün uzaqda deyil. Məzarın cənnət olsun. General-mayor şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
“İctimaixeber.com”


Səmayə Həşimovadan aldığımız müsahibənin video linkini sizlərə təqdim edirik.

















