Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyulun 21-də saat 23:00-a olan hava proqnozunu açıqlayıb.
İctimaixeber.com xəbər verir ki, xidmətdən verilən məlumata əsasən, Sarıbaş (Qax), Göygöl, Zaqatala, Balakən, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Ağstafada yağış yağıb, şimşək çaxıb.
Qazax rayonunun Birin, Şıxlı, İkinci Şixlı kəndləri ərazisinə 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb. Qərb küləyi arabir Naftalanda 30 m/s., Gəncədə 25 m/s, Daşkəsəndə 24 m/s, Tərtərdə 23 m/s., Xaçmazda 22 m/s., Şəmkir,Nabranda 20 m/s., Mingəçevirdə 19 m/s, Bərdədə 18 m/s-dək güclənib.
Bölgələrdə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
sosial sebeke

















