Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır

sosial sebeke

Güloğlan Cabbarov- Egemen Bağış “Bir millət, iki dövlət" deyiminin reallığını təsdiqlədi.

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “BİR MİLLƏT, İKİ DÖVLƏT" olmuşlar.
Bütün dünya Çexiyanın paytaxtı Praqada bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu. Praqada həmvətənlərimizin təşkil etdiyi aksiyaya dəstək verən Türkiyənin bu ölkədəki səfiri cənab Egemen Bağış etdiyi hərəkətlə böyük rəğbət qazanmaqla yanaşı Türkiyənin Azərbaycanın yanında olduğunu, bu dostluq-qardaşlığın sarsılmaz olduğunu bir daha nümayiş etdirib. Dünya təcrübəsinə baxsaq görərik ki, heç bir ölkə səfiri bu kimi addımlarda yer almır, bir çox hallarda isə gözdən pərdə asmaq üçün belə bir dəstək addımı atırlar.
O, bu jesti ilə Egemen bəy həmvətənlərimizlə səmimi davranması, əvvəlindən sonuna qədər aksiya iştirakçılarının yanında yer alması hər zaman bir millət olaraq Azərbaycanın yanında, ermənilərin isə qarşısında olduğunu göstərdi.
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz. Bu gün iki ölkə arasındakı əlaqələr ən yüksək formadadır. Bu münasibətlər bundan sonra da xətt üzrə inkişaf edəcək.
Azərbaycan ictimayyəti adından biz də öz növbəsində Egemen Varış bəyə etdiyi hümanist və vətənpərvər, dostluq-qardaşlığı tərənnüm edən addımlarından dolayı öz təşəkkürümüzü bildiririk.
Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir.


Güloğlan Cabbarov
Hüquqşünas, Dünya çempionu


Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır

Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır

SON XƏBƏRLƏR