Güloğlan Cabbarov - Ermənistanın yeganə yolu işğal edilmiş Azərbaycan torpaqlarından silahlı birləşmələrini geri çəkməkdir.
İşğalçı ölkənin hazırkı baş naziri müxtəlif bəyanatlarla çıxış edir. Hər kəs bəllidir o, bütün danışıqlar formatını, beynəlxalq norma və prinsipləri pozaraq “Qarabağ Ermənistanındır” kimi sərsəm bəyanatlar verib. Bu isə indiyə qədər aparılmış danışıqların prinsipinə və Minsk Qrupunun müəyyənləşdirmiş olduğu normalara ziddir. Çünki dünya ictimaiyyəti birmənalı olaraq qəbul edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır.
Ermənistanın yeganə yolu işğal edilmiş Azərbaycan torpaqlarından silahlı birləşmələrini geri çəkməkdir: “Əks halda Azərbaycan müharibə yolu ilə işğal edilmiş ərazilərini azad edəcək və ərazi bütövlüyünü təmin edəcək”.
Ermənistanda kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq Qarabağ kartından maksimim dərəcədə istifadə etməyə çalışır və Azərbaycana qarşı iddialar irəli sürür. Bütün bunlara baxmayaraq erməni xalqı bilməlidir ki, onlar inkişaf, sülh istəyirlərsə, ilk növbədə torpaqlarımzı işğaldan azad etməlidirlər. Çünki işğal bitməyincə heç bir sülhdən və birgə yaşayışdan danışmaq mümkün deyil.
Güloğlan Cabbarov
Hüquqşünas
Dünya çempionu


















