Zabratda iki avtomobil toqquşdu, yaralı var

Bakıda yol qəzası baş verib.

İctimaixeber.com xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Zeynalova İlahə Ədalət qızı bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.