Hazırda Bakının “Dakar” meydanında (“Neftçilər” metrostansiyasının yaxınlığı) nəqliyyatın hərəkəti dayanıb.
İctimaixeber.com xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin dairədə bir-birilərinə yol verməmələridir.
Bu səbəbdən həmin vaxt “Dakar” dairəsində bütün istiqamətlərdə sıxlıq müşahidə olunub. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyat istifadəçiləri olub. Avtobuslar sıxlıqda qaldığından sərnişinlər piyada getməli olublar.
“Neftçilər” metrostansiyasının yaxınlığında nəqliyyatın hərəkəti dayanıb
sosial sebeke

















