Bakıda çimərlikdə avtomobil yandı

Bakıda hərəkətsiz halda olan avtomobil yanıb.

İctimaixeber.com xəbər verir ki, hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb.

Hadisə zamanı hərəkətsiz halda olan "Niva" markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.