Prezident Adminisdtrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha üç tanınmış şəxs cərimələnib.
İctimaixeber.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov, onun xanımı - Ombudsman Səbinə Əliyeva və Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı – müğənni Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.
Siyavuş Novruzovla Ombudsman xanımı da CƏRİMƏLƏNDİ
sosial sebeke

















