Şəhid General Polad Həşimovun xatirəsinə həsr olunmuş abidənin açılışı oldu.
İctimaixeber.com xəbər verir ki, 23 avqust şəhid General Polad Həşimov və Tovuz istiqamətində gedən döyüşlərdə həlak olan digər şəhid oğullarımızın 40 mərasimi ilə əlaqədar Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Abşeron rayonunun Novxanı kəndində tikilən abidənin açılış mərasimi oldu. Tədbirdə bir sıra ziyalılarla yanaşı elm xadimləri və televiziya əməkdaşları iştirak edərək Qarabağ torpaqları uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allahdan rəhmət diləyərək şəhid ailələrinə və bütün Azərbaycan xalqına baş sağlığı verib səbr dilədilər.
Lider TV-də yayımlanan "Çıxış Yolu" sosial layihənin aparıcısı Nuranə Gülər “İctimaixeber.com” informasiya portalına öz müsahibəsində bildirdi:
-Torpaq uğrunda ölən varsa Vətəndir. Şəhidlərimiz bizim qan yaddaşımızdır. Bu gün iyul ayında Tovuz rayonun Ağdam kəndində gedən döyüşlərdə şəhid olmuş oğullarımızın 40 mərasimi tamam olur. Bu münasibət ilə fəxrimiz genaral Polad Həşimovun xatirəsinə həsr olunmuş abidənin acılış mərasiminə toplaşmışıq. Abidənin əbədiləşməsi üçün Hüquq Müdafiə Bürosunun direktoru, "Çıxış Yolu" sosial layihənin eksperti Elçin Quliyevə və əməyi, zəhməti olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Yeganə xanım övladlarımıza həm düşmənlərimizin kim olduğunu tanıtmalıyıq, həm də qəhrəmanlarımızın keçdiyi döyüş yolunu öyrətməliyik! Çünki biz bu gün varıq, sabah isə Azərbaycan onlara əmanətdir! Onların hər biri bu yurdu canı bahasına qorumağı öyrənməlidirlər! Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Allah tezliklə Azərbaycanımıza Qələbə qismət eləsin AMİN
Yeganə Telmanqızı
“İctimaixeber.com”



































