Elvin doktorun növbəti xeyirxah addımı.
Əziz oxucu sayıtımızda mərhələli şəkildə sizlərə oftalmoloq Elvin Yadigarovun təmənasız şəkildə etdiyi göz əməiyyatları ilə sizləri tanış etmişdik. 19.08.220-ci il tarixində Spero Hispitalında Abşeron rayonu Ceyranbatan sakini 65 yaşlı Əli Bayram oğlu İsmayılovun əməliyyatını uğurla həyata keçirtdi.
Oftalmoloq Elvin doktor öz fikirlərini bizimlə bölüşdü:
- Yeganə xanım Əli İsmayılovun sağ gözündə ekrat yetişmiş katarakta (mirvari suyu) əməliyyatı icra olundu, əməliyyat uğurla keçdi. Bir həftə sonra xəstə müayinə olunacaq və görmə təyin olanacaq ki, neçə faiz görür. Ağır əməliyyat idi Allaha şükür uğurla həyata keçdi.
Müəllifdən: Hipoktar andına sadiq, hər zaman xeyirəməl işləri ilə seçilən işinin peşəkarı, sevilən doktor Elvin Yadigarov. Hər zaman sizin həm uğurlu əməliyyatlarınızın, həm də nəcib işlərinizin şahidi oluram. Gördüyünüz işlərin qarşılığında nə qədər təşəkkür etsəkdə azdı. Çox sağ olun ki, aztəminatlı ailələrin üzvülərinin gözlərinə nur verərək həyata qaytarırsız. Azərbaycan xalqı sizi alqışlayır.
Hipoktar andına sadiq, hər zaman xeyirəməl işləri ilə seçilən işinin peşəkarı, sevilən oftalmoloq Elvin doktor Azərbaycan xalqı sizi alqışlayır.
Yeganə Telmanqızı
“İctimaixeber.com”





















