Hikmət Hacıyev: "Ermənistan tərəfi hər-hansı ərazi əldə etməyə müvəffəq olmayıb"

sosial sebeke

Güloğlan Cabbarov “Facebook” səhifəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, Hikmət Həsənov haqqında paylaşım edib

Prezident köməkçisi Hikmət Hacıyev: "Rusiya tərəfinin açıqlamaları bizi tam qane etmir. Suallarımız açıq qalmaqda davam edir. Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv şəkildə silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”.
Hikmət Hacıyev onuda bildirib ki, “Ermənistan çətin vəziyyətə düşəndə yenə mülki obyektləri hədəf almağa başladı: “Xocalıda olduğu kimi yenə Azərbaycanın yaşayış obyektləri hədəfə alınırdı. Azərbaycan Ordusu Ermənistanın atəş məntəqələrini susdurub. Təəssüf ki, 76 yaşlı bir mülki şəxs həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli tədbirləri nəticəsində mülki əhaliyə vurulmaq istənilən zərbənin qarşısı alınıb. Prezident İlham Əliyevin sərəncamı ilə mülki əhaliyə, dövlət mülkiyyətinə dəymiş zərərin qiymətləndirilməsi aparılır. Ermənistanın bu hücumları beynəlxalq sənəd və razılaşmalara ziddir. Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır”.
İnşallah dövlət başçımızın yanında Hikmət Hacıyev kimi fədakar, xalqını sevən, bacarıqlı kadrlar sayəsində tezliklə Azərbaycan xalqı qələbə xəbərini böyük sevinc və sevgiylə qeyd edəcək.


Hüquqşünas və Dünya çempionu
Güloğlan Cabbarov.

 Hikmət Hacıyev: "Ermənistan tərəfi hər-hansı ərazi əldə etməyə müvəffəq olmayıb"

SON XƏBƏRLƏR