Bakı sakini Əhmədlidə yerləşən “Al Market”dən üstündə “Badamlı” etiketi olan su alıb, lakin suyu içdikdə onun spirt olduğunun fərqinə varıb.
İctimaixeber.com xəbər verir ki, bu iddianı “Nərmin Adil” adlı “Facebook” istifadəçisi qruplardan birində paylaşıb. O qeyd edib ki, hadisə dünən axşam olub:
"Həyətimizdə suyu açdım və başıma çəkdim. Bir az sonra anladım ki, bu su deyil, spirt kimi bir dadı var, ağzımı, boğazımı, mədəmi yandırdı. Qonşular su verdilər. Getdim marketə, dedilər ki, yanlış düşüb, firma dezinfeksiya məhlulu göndərib, onu da satıcılar yanlışlıqla su bilib vitrinə düzüblər. Durumu elə də ciddiyə almadılar. Evə gələndən 1 saat sonra artıq gözlərim iki görürdü, nəfəs darlığı başladı. Təcili tibbi yardım və polis çağırdıq. "Semaşko"nun Toksikologiya şöbəsinə gətirildim. Dünəndən vəziyyətim ağırdır, ekspertiza və qan analizi nəticəsində qanımda metil spirti aşkarlandı. Baş verənlərə görə, "Al Market" şəbəkəsi tərəfindən mənə nə bir zəng edilib, nə də üzrxahlıq bildirilib. Hazırda gözlərimdə və sinir sistemimdə bu kimyəvi məhlula görə problem yaranıb".
Məsələ ilə bağlı şikayət olunan "Al Market"in ilə əlaqə saxladıq. Market tərəfindən bildirildi ki, uyğun görülən zamanda rəsmi məlumat paylaşılacaqdır.
Bakı sakini marketdən qazlı su aldı, spirt çıxdı - İDDİA
sosial sebeke

















