“Könüllərə yol gəzirəm” kitabı müəllifin sayca 4-cü kitabıdır.
Sevindik Nəsiboğlu 2 şeir “Dünyamsan Azərbaycan”, “Hərdən uçmaq istəyirəm” və 3-cü nəsr kitabının yəni “Ulu Naxçıvanım” adlı kitabının müəllifidir.
“Könüllərə yol gəzirəm” kitabı müəllifin sayca 4-cü kitabıdır. Kitabın redaktoru və ön sözünün müəllifi şair-publisist “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Xanəli Kərimlidir.
Kitab 3 saylı Bakı Mətbəəsi” ASC-də çap olunmuş və 320 səhifədən ibarətdir.Həmçinin kitabda vətənpərvər şeirlər və poemalar toplanmışdır.
Kitabın anatasiyası:
Gənc və istedadlı yazar Sevindik Nəsiboğlunun “Könüllərə yol gəzirəm” kitabı oxucularla 4-cü görüşüdür.Onun müasir ictimai və ədəbi mühitdə nəşr olunan kitabları şair və publisist kimi tanıdıb.”Dünyamsan Azərbaycan”, “ Hərdən uçmaq istəyirəm” və “Ulu Naxçıvanım” adlı kitabları oxucuların böyük marağına səbəb olur. Hələ kiçik yaşlarından - indi on iki yaşı var - yaradıcılığa şeirlə başlayan Sevindik Nəsiboğlu “Ulu Naxçıvanım” adlı kitabı ilə müşahidə və təhlil imkanlarına malik olduğunu təsdiq edib. Ara-sıra hekayələr də yazır. Ancaq onun hadisəyə, fakta və ümumilikdə, həyata münasibəti daha çox poetik ovqatla üzə çıxır. Şeirlərində Vətən tarixindən qaynaqlanma, xalqımızın qəhrəmanlıq keçmişindən təsirlənmə daha güclüdür. Onun süjetli şeirləri epik-lirik növə xüsusilə meyilli olduğunu göstərir. Gənc yazar maraqlı poemaları ilə oxucularının rəğbətini qazanıb.
Ümumiyyətlə, Sevindik Nəsiboğlunun yaradıcılığında Vətən sevgisi və milli qürur hissləri qabarıq duyulur.
Gənc yazar Sevindik Nəsiboğlunun “Könüllərə yol gəzirəm” kitabında son illərdə yazdığı şeirlər və poemalar toplanmışdır.
Xanəli Kərimli
Filologiya üzrə fəlsəfə doktoru,şair-publisist
Sevindik Nəsiboğlunun yeni nəşrdən çıxan kitabını əlimə götürdükdə qəribə hisslər keçirdim. Düzünü desəm ilk dəfə onun haqqında Vüsalə Qələndərlidən eşidəndə o qədər də inanmadım. Yəni bu yaşda bu düşüncədə, bu dərrakədə və bu məntiqdə bir azyaşllnın yazılarının sırf özünə aid olması məndə şübhə doğurdu.Amma onu tanıdığım vaxtdan fikrim tamamən dəyişdi, mən Sevindiklə söhbət edəndə onunla aramızda olan yaş həddi unudulur, bəli onunla yeniyetmə ilə danışdığın kimi deyil, bir savadlı, dünyagörüşlü gənc olaraq danıçdığının fərqində olursan. Bu da mənə xüsusi zövq verir, axı o mənim millətimin övladıdı, o mənim, sənin, bizim gələcəyimizdi, Azərbaycanımızın işıqlı sabahının milyonlarla nurundan biridi. Onun uğurlarına çox sevinirəm və Sevindik mənə söz verib ki, Qarabağda Qələbə çalındıqdan sonra o cənnət torpağı qarış-qarış gəzəcək və Ulu Şuşam adlı kitab yazacaq! Qismətdən hörmətli Yeganə Hüseynova ilə birlikdə idim və elə yeni kitabın sevincini onunla birgə yaşadım.
Nuranə Gülər
“Cıxış Yolu” sosial layihənin rəhbəri və aparıcısı
Sevindik Nəsiboğluyla ilk real tanışlığım Nuranə xanımın təqdimatında Lider TV-nin canlı efirində yayımlanan “Cıxış Yolu” verlişində oldu. Sevindiyin yaradıçılığı barədə bir sıra qazet və jurnallardan, müxtəlif sosial şəbəkələrdən tanış idim. Sevindik Nəsiboğlu ilk növbədə şairdir, yazardı, publisisti, Azəraycan poeziyasının fəxrli simalarındandı. Yaxın günlərdə “Ulu Naxçıvan” kitabının nəşri işıq üzü görəndə də canlı efirdə bu kitabı mənə bağışladı. Kitabda dərc olunan dərin yazıları oxuduqca ulu Naxçıvana bir anlıq səyyahət insanın gözü önünə gəlir. Naxçıvanın tarixi yerləri, məşhur insanları haqqında kitabda çox gözəl, zəngin məlumatlar yer alıb. Sevindik Nəsiboğlunun həmdə məntiqli, parlaq çıxışları ictimayyətə daha yaxşı məlumdur. Azərbaycanın gələcəyi belə simaların çiyinlərində daha parlaq gələcəyə gedəcək. İstedadlı,vətənpərvər, gənc yazar Sevindik Nəsiboğlunun yeni çapdan çıxan “Könüllərə yol gəzirəm” kitabı şair-publisistin sayca 4-cü kitabıdır. Kitabın sevincini mənə əziz olan hörmətli, dəyərli “Cıxış Yolu” sosial layihənin rəhbəri və aparıcısı Nuranə Gülərlə birgə yaşadım. Nə xoş bizlərə, bizim Sevindik Nəsiboğlumuz var.
Yeganə Telmanqızı
“Qızıl Qələm” media mükafatçısı.





















