Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir.

sosial sebeke

Güloğlan Cabbarov- Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə göz dağıdır.

Son vaxtlar Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq istiqamətində xüsusi bir canlanma müşahidə edilir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib. Hətta Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq planlarının da müzakirə predmeti olduğu bildirilir.

İki qardaş ölkə arasında artan hərbi əməkdaşlığa əsasən iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında koordinasiyanın inkişaf etdirilməsi məqsədilə hər il hərbi manevrlər təşkil olunur:
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilmişdir.
Mülki Müdafiə Alayının pirotexniki taqımı ələ keçirilmiş mövqeləri və hərəkət marşurtlarını minalardan, partlayan və partlamayan maneələrdən təmizləmişdir. Təyin edilmiş rayonlara taktiki və hava desantı endirilmişdir. Təlimdə Azərbaycan və Türkiyə birləşmə və hissələri arasında əməliyyatların birgə planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. Şəxsi heyətin birgə fəaliyyəti zamanı xəbərdaretmə, idarəetmə, qarşılıqlı əlaqə, qarşılıqlı tanınma və hədəf göstərmə üzrə tapşırıqların eyni qaydada icrasına nail olunmuş, komandirlər arasında təcrübə mübadiləsi aparılmışdır.
Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının, eləcə də kanatla desantın daşınması nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demiş: “Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir”.
Sonra Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri salamlamış, onları Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik etmiş, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirmişdir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən milli ordumuz olmalıdır”. Ölkəmizə hər iki rəhbərliyi dövründə dahi şəxsiyyət bu məsələni diqqətdə saxlamış, müstəqilliyimizin təminatçısı olan qüdrətli Azərbaycan ordusunu yaratmışdır. Ulu öndərin ordumuzun döyüş və peşəkarlıq səviyyəsinin artırılması sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi və şəxsi heyətin döyüş hazırlığının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Güclü iqtisadiyyat və dövlət-xalq-ordu birliyi Azərbaycan ordusunun qüdrətini, döyüş qabiliyyətini ilbəil artırır, ölkəmizdəki sabitlik və təhlükəsizlik möhkəmləndirilir.
Böyük təşkilatlanma, quruculuq və inkişaf yolu keçən Naxçıvan Hərbi Qarnizonu yüksək döyüş qabiliyyətinə, peşəkar və vətənpərvər şəxsi heyətə malikdir. Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Keçirilən birgə hərbi təlim də göstərdi ki, bizim gücümüz birliyimizdədir. Həqiqətən də şəxsi heyətin birliyi, döyüş qabiliyyətinin artırılması və mənəvi-psixoloji hazırlığı hərbi xidmətin əsasını təşkil edir. Silah və texnika təminatı hələ güclü ordu yaratmaq demək deyil. O ordu güclüdür ki, onun şəxsi heyətində vətənpərvərlik ruhu və peşəkarlıq vardır. Hərbi təlimdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi də bir millətin, iki dövlətin ordularının yüksək döyüş qabiliyyətinə və birliyə malik olduğunu təsdiq etdi.
"Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, – fikirlərinə əsaslanan ikitərəfli münasibətlərimiz bu gün ölkə Prezidentləri tərəfindən uğurla davam etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. Birgə hərbi təlimin keçirilməsi də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının nümunəsidir".
Ordular arasında ikitərəfli əlaqələrin genişləndirilməsi nəticəsində təlim plana uyğun şəkildə icra olundu. Müasir silah və texnikalara sahib olmaq döyüşün qazanılması demək deyil. Vacib olan bu silah və texnikalardan peşəkarlıqla istifadə edə bilən şəxsi heyətin olmasıdır. Döyüş cəsur və igid əsgərlərlə qazanılır. Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə göz dağıdır.


Güloğlan Cabbarov
Hüquqşünas, Dünya çempionu

Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir.
Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir.
Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir.
Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir.
Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir.

Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir.
Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir.
Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir.
Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir.

SON XƏBƏRLƏR