Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 12 sentyabr tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-30-cu maddələrini əhatə edən “Nigahın etibarsızlığı”, “Ər və arvadın nigahdan əvvəlki soyadı qayııtması” mövzularında fikir mübadiləsi aparılacaq, bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
1. Qələndar Muxtarlı – Tarixçi.
2. Gülşən Rüstəmova – Ailə psixaloqu
3. Eldayaq Hüseynov – İlahiyyatçı alim.
4. Bəkir Həsənov – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
Yeganə Telmanqızı
“İctimaixeber.com”



















