Qəsəbə sakini Sərxan Alıyev Xeberle.com-a bildirib ki, problemin həlli istiqamətində aidiyyatı qurumlara müraciət etsələr də hələ də bir nəticə hasil olmayıb.
Sumqayıt şəhər Sukanal İdarəsinin rəsmisi Rövşən Orucov isə Xeberle.com-a açıqlamasında problemin səbəbini belə izah edir: "İlk növbədə həmin ərazidə yaşayan sakinlər tullantıları kanalizasiya borularına atırlar. Bu da ərazidə tez-tez kanalizasiya borularının daşmasına gətirib çıxarır. Bu hallar mütəmadi olaraq yaşanır. Tullantılar kanalizasiya borularına atılırsa problem həllini tapmayacaq".


















