Bu gün sıralarımızda olan Milli Qəhrəman Vahid Quliyevin doğum günüdür.

sosial sebeke

Bu gün polkovnik-leytenant “Azərbaycan Milli Qəhrəmanı” Vahid Quliyevin 65 yaşı tamam olur.

Əziz oxucu sayıtımızda mütamədə olaraq sizlərlə “Azərbaycan Milli Qəhrəman” ları haqqında yazılar təqdim edirik.
Onu savaş meydanlarına çəkib aparan qəlbindəki böyük vətən eşqi idi.
Vahid Quliyev 1955-ci il 20 sentyabr Cəbrayıl rayonu Niyazqulla kəndində Həbibulla müəllimin və Cicək xanımın ailəsində ilk övladları dünyaya gəlir. Ailədə 9 övlad tərbiyə alırdı. Həbibulla müəllim hər birinə Vətənini, xalqını sevməyi öyrədirdi. 1961-ci ildə Vahid Quliyev Niyazqulla kənd orta məktəbinə daxil olur. 4 illik məktəbdə təhsil aldıqdan sonra qonşu Şahvəlli kəndində 8-ci sinifi və Zəngilan rayonu Hacıalılı kəndində təhsilini başa vurur. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini əvvəlcə Özbəkistanın Nəvai şəhərində sonrada Rusiyanın Kaluqa vilayətinin Obninsk şəhərində tikinti batalyonunda keçirir. 1976-cı ildə hərbi xidmətini başa vurub Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada fizika, riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayır. Sonra Bakıya qayıdır və «Azon» Cihazqayırma Zavodunda əvvəlcə mühəndis, sonra isə sahə rəisi vəzifələrində çalışır.
O, 1992-ci ilin avqust ayında könüllü olaraq Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Elə həmən ilin avqust ayında Abşeron rayonu Qubu kəndində yerələşən hərbi hissədə tank əleyhinə alayın tağım komandiri vəzifəsinə təyin edirlər. 1992-ci ilin sentyabr ayının 7-də Ağdam rayonu Uzundərə hərbi hissəsinə ezam olundu. Baş leytenant Quliyev baterya komandiri təyin olunur. Sentyabr ayından başlayaraq Əsgaranda Qatır Məmmədin dəstəsində vuruşur. Burada özü yeriyən Tank Əleyhinə Raket kompleksində atıcı kimi fəaliyyət göstərir. Əsgəran istiqamətində 18-ci pozisiyada bir tank vurur. 15 Oktyabr yenidən Qubadlı bölgəsində yerləşən hərbi hissələrin birinə ezam olunur. Qubadlı rayonunun Qaralar kəndindən Laçın rayonunun Güləbird kəndinə atəş mövqeyi təyin etdilər. Postu o istiqamətdə gələn tankların qarşısın almaq əleyhinə təyin edirlər. Ağdamın Zəhgişalı kəndinə ezam olunduqdan sonra atıcı kimi fəaliyyətini davam etdirir. 1994-cü il mayın 13-də düşmənini 14 zirehli texnikasını, 8 tankını, 2 piyada döyüş maşınını məhv edir. Ümumilikdə düşmənin 14 tankını məhv etmişdir. 1994-cü ildə Qubadlı rayonunda vuraşarkən Kapitan rütbəsi almışdır. 1995-ci il may ayında birinci korpus Tank Əleyhinə Əlahəddə hərbi hissəsinin qərərgah rəisi, 1996- cı ildə 18 fevral hərbi hissə Gəncə şəhərinə köçürüldü və ordada qərərgah rəisi vəzifəsində fəaliyyət göstəriri. 1996-cı 5 may BDU-nin hərbi kafedrasında müəllim (hərbi taktika silsiləsində müəllim və baş müəllim) kimi çalışır. 2000-ci ilə NATO sistemi ilə əlaqədar olaraq H.Əliyev adına Hərbi Məktəbin artilerya kafedrasına baş müəllim təyin olunur. 2002- ci il oktyabr ayına qədər səhhəti ilə əlaqədar olaraq öz isdəyi ilə təqəüdə gedir. 2003-ci ildə yanvar ayında Təlim-Tədris alteryalı kafedrasında müəllim vəzifəsində çalışır. 2007- cı ildən təqaüdə çıxır. 1996-cı ildən ailəlidir, 2 oğlu atsıdır. Azərbaycan Respublikası prezidentinin Ümumilli lider Heydər Əliyevin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı layiq görümüşdür.
Bu gün Vahid Quliyevin 65 yaşı tamam olur. ƏzizVahid müəllim sizi “İctimaixeber.com” informasiya portalının olaraq səmimi qəlbdən təbrik edirik. Sizə uzun ömür, can sağlığı, işlərinizdə nailiyyətlər arzulayırıq. Həmişə sıralarımızda olun. Yeni yaşınız mübarək qəhrəman qardaşım.


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”


Bu gün  sıralarımızda olan Milli Qəhrəman Vahid Quliyevin doğum günüdür.
Bu gün  sıralarımızda olan Milli Qəhrəman Vahid Quliyevin doğum günüdür.

SON XƏBƏRLƏR