Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

sosial sebeke

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 03 oktyabr tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.

Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-276-cı maddələrini əhatə edən “Dövlətə xəyanət və cəsusluq cinayətləri”, “Vətənpərvərlik bizim üçün nədi?” mövzularında fikir mübadiləsi aparılacaq, bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:

1. Hacı Surxay Məmmədli - Dini alim, professor.

2. Nigar Muradova- Ailə məsələləri üzrə ekspert, psixoloq.

3. Gülşən Rüstəmova – Ailə psixoloqu.

4. İlahə Mustafayeva - Psixoloq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

SON XƏBƏRLƏR