Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 24 oktyabr tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114 və 119-cu maddələrini əhatə edən “Müharibə cinayətləri” mövzularında fikir mübadiləsi aparılacaq, bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
1. Hacı Surxay Məmmədli - Dini alim, professor.
2. Yeganə Hacıyeva – Hüquqşünas, Beynəlxalq hüquqmüdafiəçisi
3. Qələndar Muxtarlı – Tarixçi.
4. Yeganə Telmanqızı - “İctimaixeber.com” informasiya portalının xüsusi muxbiri.
Yeganə Telmanqızı
“İctimaixeber.com”


















