Polad Məmmədov - Bu mənim Vətən yolunda borcumdur.
İctimaixeber.com xəbər verir ki , 22.10.2020-ci il tarixində yaralı əsgərləri bu dəfə birinci Qarabağ döyüşçüləri ziyarət etdi. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Dünya Azərbaycanlı Qadınlarının Həmrəyliyi İctimai Birliyinin sədri, “Atesh.Az” sayıtının baş redaktoru Svetlana Osmanova, təşkilatın mətbuat işçisi Şəhla Hüseynova, təşkilatın üzvüləri Gülpəri Sərkərova, Solmaz Əliyeva, Pəri Muradova və “İctimaixeber.com” informasiya portalının xüsusi muxbiri Yeganə Telmanqızı Bakı xəstaxanalarının birində 87 yaralı əsgəri ziyarət edərək onlara müəyyən məbləğdə lazımı əşyalar və qida məhsulları aparıldı.
Sumqayıt şəhərində fəaliyyət göstərən “Ləziz Dad” şirniyyat evinin rəhbəri xeyirxah əməllər sahibi Polad Məmmədov yaralı əsgərlərimiz üçün 75 qutu türk paxlavası ilə yardımı etdi və fikirlərini bizimlə bölüşdü:
- Yeganə xanım bu gün biz hər birimiz əsgərik! Bu mənim Vətən yolunda borcumdur. Milli ruh milli vətənpərvərlik ruhudur. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlılıq ruhudur, qeyrət və ləyaqətidir. Müharibə gedən dövlətdə xalqına, dövlətinə dəstək olmayan, kömək etməyən şəxs bu xalqın nümayəndəsi ola bilməz. Rəhbəri olduğum “Ləziz Dad” sirniyyat evinin hər bir işçısı mənimlə bərabər bütün yardım işlərində mənə və xalqıma dəstəkdilər. Biz hər birimiz prezidentimizin və xalqımızın ətrafında ətrafında sıx birləşərək vətən oğullarına dəstək olmalıyıq. Şükürlər olsun ordumuz qələbədən qələbəyə doğru gedir. Tezliklə bizdə “Milli Qələbə” günümüzü qeyd edəcəyik.
Xatırladaq ki, iş adamı Polad Məmmədov dəfələrlə Azərbaycan ordusuna maddi dəstək olaraq müəyyən məbləğdə pul, dərman, ərzaq, geyim və digər yardımlar edib.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbasova başda olmaqla yaralı əsgərlərə, əsgər ailələrinə, erməni təxribatları zamanı evləri dağılan vətəndaşlarımıza daima dəstək olan xaricdə yaşayan ürəyi vətənlə döyünən Zaur Qəriboğluna, “Ləziz Dad” sirniyyat evinin rəhbəri Polad müəllimə və onun gülərüz işçı heyətinə xalqımız adından, öz adımızdan dərin təşəkkürümüzü bildiririk.
Hər bir insanın ağız dadına uyğun olaraq şirniyyatları Sumqayıt şəhərində fəaliyyət göstərən “Ləziz Dad” sirniyyat evində sifariş edin. Hər kəs buradan razı qalacaq.
Ünvan: Sumqayıt şəhər 40-cı məhəllə H.Əliyev prospekti (1 saylı xəstaxanın yanı). Əlaqə tel: 050 773 30 20.
Yeganə Telmanqızı
“İctimaixeber.com”




















