HƏR YAXŞILIQ SƏDƏQƏDİR

sosial sebeke

Rafiq Xəlil- Xeyirxahlıq dünyanı xilas edəcək.

İş adamı, Qarabağ qazisi, xeyirəməl sahibi Rafiq Xəlil pandemiya dövründə müəyyən səbəblərdən işləməyən ailə başçılarının ailələrinə daima dəstək olaraq kömək etmişdir. Son dövrdə Azərbaycan və Ermənistan arasında gedən müharibədə Tovuz istiqamətində gedən döyüşlərdə daima əsgər ailələrinin və şəhid ailələrinin yanında olaraq onlara maddi və mənəvi dəstək olmuşdur. 23 iyul Rafiq müəllimin təşəbbüsü ilə ən gənc şəhid Xəyyam Daşdəmirovun foto stendi böyüyüb boya-başa çatdığı İsmayıllı rayonunun Balik qəsəbəsində yol kənarında quraşdırıldı. Qarabağda gedən döyüşlərdə 1000-ə yaxın əsgər və şəhid ailələrinə dəstək olaraq onların problemləri ilə yaxından tanış olub.

İş adamı Rafiq Xəlil “İctimaixeber.com” informasiya portalının xüsusi muxbirinə öz müsahibəsində bunları bildirdi:

- Yeganə xanım cənab İlham Əliyevin apardığı uğurlu siyasətdə hamımız cənab prezidentə dəstək olaraq prezidentin ətrafında sıx birləşməlidir. Erməni quldurlarına qarşı gedən döyüşlərdə xalqımızın qeyrətli oğlanları silaha sarılaraq Vətən torpağının müdafiəsinə qalxdı. Onların arasında döyüşçülər bu yolda həyatını qurban verərək şəhidlik zirvəsinə ucaldı və mərd, igid Azərbaycan oğlanlarımız hal-hazırda cəbhədə uğurla vuruşur. Onların əzizlərinə hər zaman dəstək olmaq bizim borcumuzdur. Bu günə qədər 1000-ə yaxın ailəyə maddi və mənəvi dəstək olaraq öz vətənə olan borcumuzu yerinə yetiririk. Xeyirxahlıq dünyanı xilas edəcək.


Yeganə Telmanqızı
“İctimaixeber.com”


HƏR  YAXŞILIQ  SƏDƏQƏDİR

SON XƏBƏRLƏR