Vətən Sizinlə qürur duyur!

sosial sebeke

Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır.

Şəhid adı qazananların ölümü kədər deyil iftixardır! Şəhidlər bir milləti təmsil edən şəxsdir.
Bir müəllim kimi vətənimizin qələbə tarixini yazan iki idmançı şəhid tələbələrimlə fəxr edirəm. Şəhidlik Zirvəsində onlar əbədi yaşardılar!
Elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Xalqımızın müsətqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır.
Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü qorumaq məqsədilə şanlı Ordumuz tərəfindən əks-hərbi əməliyyatlar başalyıb. Hazırda düşmən təxribatının qarşısı alınır və hərbi əməliyyatlar bu gün də uğurla davam etdirilir. Şükürlər olsun bu gün ordumuz qələbədən qələbəyə doğru gedir. Tezliklə bizdə “Milli Qələbə” günümüzü qeyd edəcəyik.
İlham Əliyevin apardığı uğurlu siyasətdə hamımız cənab prezidentə dəstək olaraq prezidentin ətrafında sıx birləşərək xalqımıza və dövlətimizə dəstək olmalıyıq. Bu çətin və qürurlu günlərdə xalqımızın bir olmağı hər birimizə dahada ruh yüksəkliyi verir. Bu xalq üçün yaşamağada, ölməyədə dəyər!


Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Zöhrab Məsimov
10qat Azərbaycan, 3 qat Avropa çempionu
AQGF-nın baş məşqicisi

Vətən Sizinlə qürur duyur!

SON XƏBƏRLƏR