Tarixdən məlumdur ki, bütün müharibələr və münaqişələr dövründə ölkənin ərazi bütövlüyünü qorumaq, başqasının torpağına göz dikən düşməni məğlubiyyətə uğratmaq, işğalçı qüvvələrin əməllərinə son qoymaq üçün güclü orduya sahib olmaq əsas şərtdir. Hələ ötən əsrin sonlarından Azərbaycanın məcburən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində torpaqlarımızın ərazisinin 20 faizi düşmən işğalında idi. Doğma Azərbaycanın gözəl guşəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları zorla mənimsəyən mənfur düşmənin 30 ildir ki, işğalı altında olan torpaqlarımızın sülh yolu qaytarılması üçün Siz əlinizdən gələni əsirgəmədiniz. Biz bunun canlı şahidləriyik. Lakin düşmənin fikri sülh deyil, müqəddəs torpaqlarımızı bizə unutdurmaq istəyi idi.
30 ildə torpaqlarımızın işğaldan azad olunması, yağı düşməni torpaqlarımızdan qovulması üçün Ordumuzun daha da gücləndirilməsi yolunda ciddi işlər görüldü. Torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi mütləq idi və biz bu azadlığı, qələbəni bir ayda əldə etməyə nail olduq. Ermənistanın Azərbaycanın beynəlxalq qaydalar çərçivəsində addımlar atmasından, sülh prosesindən sui-istifadə edərək münaqişənin həllinin yubadılmasına çalışması nəhayət sonlandırıldı.
Bu gün ən əsas yük Ordumuzun üzərinə düşür və qürurla deyə bilərik ki, regionun ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimiz qarşıya qoyulan məqsədlər uğrunda hər zaman döyüşə hazır olublar. Bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir və düşməni hər zaman həyəcan altında saxlaya bilirlər və onlara kəsgin zərbələr endirirlər. Belə əməliyyatlar birbaşa düşmənin sarsıdılmasına yönəlir və onu bir növ rahatlaşmağa, əl-qol atmağa imkan vermir.
Bu günlərdə Ordumuz uzun illər işğal altında qalmış bir çox ərazilərimizi düşməndən təmizləmişdir. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Şanlı Ordumuz strateji yüksəklikləri, müəyyən əraziləri azad etməklə, taktiki üstünlüyə nail olmaq kimi döyüş tapşırığını tərəddüd etmədən yerinə yetirdi. Əsgərimizin gücünü, qüdrətini görən düşmən anladı ki, Azərbaycan Ordusu güclü hərbidən və hərbiçilərdən ibarətdir.
Cənab prezident İlham Əliyevin sözləri ilə desək: "Hər bir qələbə və uğurumuz işğal olunmuş torpaqlarımızın azad olunacağı günü daha da yaxınlaşdırır."
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114 və 119-cu maddələrini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini törədərək müharibə cinayətləri insanlığa sığmayan acı həqiqətdir.
Vətənimizin hər qarış torpağı uğrunda gedən şiddətli döyüşlərdə qazandığımız qələbələr tezliklə Dağlıq Qarabağın və ətraf rayonların yenidən özümüzə qaytarılacağı ümidini qat-qat artırmışdır. Bu günlərdə qazanılan qələbə tarixi qələbədir!
Cənab Ali Baş Komandan siz Azərbaycan torpaqlarının mənfur düşmənlərimizdən azad olunması yolunda uzun illər apardığınız xarici və daxili siyasətin nəticəsi olaraq atdığınız addımları bütün xalqımız kimi, bir vəkil olaraq mən də tam dəstəkləyirəm. Müharibə gedən bu günlərimizdə siz Azərbaycan xalqının cəsarətli Lideri olduğunuzu bir daha sübut etdiniz. Ordumuzun əldə etdiyi nailiyyətlər sizin apardığınız uzaq görən daxili və xarici siyasətdən irəli gəlir. Azərbaycan xalqı sizə arxalanır. Allah dövlətimizi, xalqımızı və ordumuzu qorusun!
QARABAĞ AZƏRBAYCANDIR!
Əkbər Yusifoğlu
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Tanınmış vəkil


















