Bakı şəhərində yaşayan Qarabağ qazisi Bəybala Quliyevin ailəsini ziyarət etdik.
Lider TV-də yayımlanan "Çıxış Yolu" sosial layihənin aparıcısı Nuranə Gülər və “İctimaixeber.com” informasiya portalının xüsusi muxbiri Yeganə Telmanqızı 03.11.2020-ci il tarixində Qarabağ qazisi Bəybala Quliyevin ailəsinin qonağı oldular.
Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərən Bəybala Quliyev 1994-cü ildə ağır döyüşlərdə yaralanaraq ordudan təxris olunmuşdur. Son illərdə Qarabağ qazimiz xərcəng xəstəliyindən əziyyət çəkirdi. Xeyirxah insanların dəstəyi ilə qardaş Türkiyə respublikasında klinikaların birində Bəybala Qasımova sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirildi. Hal-hazırda vəziyyəti qənaətbəxşdir.
"Çıxış Yolu" sosial layihənin aparıcısı Nuranə Gülər öz fikirlərini bizimlə bölüşdü:
- Yeganə xanım yaxın günlərdə şanlı ordumuzun zəfər çaldığı torpaqlarımızda “Milli Qələbə” günümüzü qeyd edəcəyik. Qəhrəmanlığı hamıya örnək olan Qarabağ qazilərimiz vətinimizin dəyərli oğullarıdır, onların hər biri ilə fəxr edirik. Qarabağda gedən qızğın döyüşlərdə vətənləri üçün ən şirin nemət olan çan sağlıqlarını itirən Qarabağ qazilərimizin hər biri bizim üçün dəyərlidir, əzizdir. Qarabağ müharibəsində sücayət göstərən cəsur döyüşçü Bəybala Quliyevin xəstəlityi ilə əlaqədar lahiyə rəhbəri və aparıcısı olduğum "Çıxış Yolu" sosial layihəyəmdə xeyirxah insanlara efir vasitəsi ilə səsləndim. Xeyirxah insanlar bu çağrışıma biganə qalmayaraq Azərbaycandan və xarici dövlətlərdən Bəybalanın əməliyyatı üçün maddi kömaklərini əsirgəmədilər. Hal-hazırda əməliyyat olunduğu xəstaxanaya Qarabağ qazimizin 5000 AZN borcu qalıb. Sayıtınız vasitəsi ilə xeyirxah insanlara üz tutaraq qazimizə kömək etməklərini xahiş edirəm. Bəybala Quliyev əslən Qarabağ zonasındadır və 4 övlad atasıdır. O, bu gündə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyə hazırdır.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq Bəybala Quliyevə möhkəm can sağlığı arzulayırıq.
Bizə dəstək olan “Dayaq” İctimai Birliyinə şəxsən Pərvin Məmmədova və “ERA” yuyucu vasitələrinə şəxsən Elxan Şirəliyevə öz təşəkkürümüzü bildiririk
Yeganə Telmanqızı
“İctimaixeber.com”



















