Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunma xəbəri Sumqayıtlılarda sevinc hissi yaşadıb.
Sumqayıt sakinlərin qələbə sevincinin həddi-hüdudu yoxdur. Şəhərin mərkəzinə axışan əhali qələbə sevinci ilə rəqs edib, küçə boyu yürüş edərək üçrəngli şanlı Azərbaycan bayrağını dalğalandırıblar.
Xalqımız tarixi zəfər gününü küçələrdə qeyd edir, duyğularını bu və ya digər şəkildə təzahür etdirirlər.
Bəli bu gün zəfər günüdür! Bu tarixi Azərbaycan xalqına yaşatdığı üçün cənab prezident İlham Əliyev olmaqla, bütün ordumuza, əsgər və zabitlərimizə, generallarımıza təşəkkür edirəm! Sizinlə fəxr edirik!"
Əziz millətimiz! Sevincdən göz yaşı axıdan gözümüz aydın olsun!
Qarabağ Azərbaycandır!
Yeganə Telmanqızı
“İctimaixeber.com”






















