Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdi olub.
İctimaixeber.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, sui-qəsd cəhdinin qarşısı alınıb.
Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib. O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur. Lakin A.Vanetsyanın rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.
Ermənistanda Paşinyana qarşı sui-qəsdin qarşısı alınıb
sosial sebeke

















