Həkim Mərhəmdir+FOTOLAR

sosial sebeke

Şəhid Nurlan Nuruzadənin anası Minaxanım Nuriyeva Unikal Klinikasında əməliyyat olundu.

Həkimlik dünyanın ən qədim, ən humanist və çətin peşələrindən biridir.
Minaxanım Nuriyeva neçə zaman idi ki “göbək yırtığı” xəstəliyindən əziyyət çəkirdi. 16.11.2020-ci il tarixində Sumqayıt şəhər Unikal Klinikasında şəhid Nurlan Nuruzadənin anası 59 yaşlı Nuriyeva Minaxanım Həsənbala qızı “göbək yırtığı” xəstəliyindən tam təmənnasız əməliyyat olundu. Ananın bütün əməliyyat xərclərin klinika öz üzərinə götürdü.
Öncə klinika tərəfindən xəstəyə əməliyyat paketi təqdim olundu: (Laboratorya analizlər, Maqnit Rezonans Tomoqrafiya (MRT), Ultrasəs müayinəsi, Ürək kardiqraması, Exokardioqrafiya). Bütün müayinələrdən keçəndən sonra xəstə cərahiyyə otağına qaldırıldı və Şaban Əhmədov, anestizoloq İlqar Ağayev tərəfindən əməliyyat olundu və əməliyyat uğurla başa çatdı. Cərahiyyə şöbəsinin əməliyyatda iştirak edən tibb bacıları Səmidə Süleymanova, Lətafət İsrafilova, şöbənin tibb bacıları Aynurə İsgəndərova, Aynur Quliyeva, Könül Əliyeva, kiçik tibb bacısı Bahar Aslanova öz peşələrini sevə-sevə icra etdilər və burada çalışan tibbi personalın hər biri xəstəyə xüsusi qayğı ilə yanaşırlar.
Klinikanın baş həkimi Natavan Abbasova başda olmaqla həkim Fariz Rzayev, tramotoloq Natiq Əliyev, Radioloq Elnarə Əliyeva, Kardioloq Zəhra Hacıqaramanlı, laboratorya həkimləri Tamara Quliyeva, Ülviyyə Əmrahova, laboratoryanın tibb bacıları Aynur Yaqubova, Yeganə Səfərbəyova və qeydiyyat işçiləri hər bir xəstəyə fərdi yanaşaraq diqqət və qayğı göstərdikləri üçün xüsusi təşəkkürümüzü bildiririk və onlara şərəfli ömür yollarında uğurlar arzulayırıq.

Şəkillərə görə Reklam-marketing Nərgiz Mərdanovaya təşəkkürümüzü bildiririk.

Hər zaman sağlam olun!

Yeganə Telmanqızı
“İctimaixeber.com”


Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR
Həkim Mərhəmdir+FOTOLAR

SON XƏBƏRLƏR