Azərbaycan Ordusunun Zod mədənində mülki erməni işçilərə atəş açması yalandır - MN

Azərbaycan Ordusunun Zod mədənində mülki erməni işçilərə atəş açması yalandır - MN

Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bu xəbəri qəti surətdə təkzib edirik", - məlumatda deyilir.