Əxlaqsızlıq yuvası saxlayan vəzifəli şəxs həbs edildi - Sumqayıtda olay

sosial sebeke

Əxlaqsızlıq yuvası saxlayan vəzifəli şəxs həbs edildi - Sumqayıtda olaySumqayıt şəhərində əxlaqsızlıq yuvası saxlayan kişi həbs edilib. Teleqraf.com xəbər verir ki, 3-cü polis bölməsinə şəhər sakini E.Muradovun əxlaqsızlıq yuvası saxlaması, qadınları fahişəliyə cəlb etməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində o, həbs edilib. E.Muradovun barəsində Cinayət Məcəlləsinin 244–cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə ittiham elan edilib.

Məlum olub ki, E.Muradov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə də axtarışda olub.

Fakt üzrə istintaq hərəkətləri davam edir.

SON XƏBƏRLƏR