İstanbulun mərkəzində terror aktını qadın törədib - Türkiyənin vitse-prezidenti

İstanbulun mərkəzində terror aktını qadın törədib - Türkiyənin vitse-prezidenti

Türkiyə İstanbulda baş verən partlayışı terror aktı kimi qiymətləndirir. İstanbulun mərkəzindəki İstiqlal küçəsində terror aktının qadın tərəfindən törədildiyi müəyyənləşib.

Ictimaixeber.com-un məlumatına görə, bu barədə Türkiyə vitse-prezidenti Fuat Oktay deyib.

"Bombanın qadın tərəfindən partladıldığı müəyyən edilib. Hadisə ilə bağlı müzakirələr, lazımi qiymətləndirmələr aparılır. İndiyədək 4-ü hadisə yerində olmaqla 6 nəfər ölüb. 81 nəfər yaralanıb. Hadisə yeri araşdırması davam edir", - deyə F.Oktay bildirib.