İstanbulda partlayışda yaralananların sayı 81 nəfərə çatıb

İstanbulda partlayışda yaralananların sayı 81 nəfərə çatıb

Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində yaralananların sayı 81 nəfərə çatıb. İki nəfərin vəziyyəti ağırdır.

Ictimaixeber.com-un məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

"Hazırda 4-ü hadisə yerində olmaqla 6 nəfəri itirmişik. 81 yaralımız var. Hadisə yerinin təhqiqatı tam sürətlə davam edir", - deyə F.Oktay bildirib.