Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 mini ötüb.

ictimaixeber.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı bildirib.

“İnşallah, dost və qardaş ölkələrin dəstəyi ilə zəlzələnin fəsadlarını qısa zamanda aradan qaldıracağıq. Türk dünyası Türkiyənin çağırışına səs verən ölkələr arasında birincilərdən olub. Əziz millətimiz bu dəstəyinizi unutmayacaq” - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.