“Instagram” bir gündə 44 milyon mavi işarə sataraq rekord gəlir əldə edib

“Instagram” bir gündə 44 milyon mavi işarə sataraq rekord gəlir əldə edib

Sosial şəbəkələrdə təsdiqləmə kimi tanınan və mavi işarə ilə təmsil olunan funksiyanın pullu olması yeni trend yaradıb. “Twitter”-dən sonra “Instagram”-ın ödənişli mavi işarə funksiyasına keçməsi satışları artırıb.

Ictimaixeber.com-un məlumatına ötən həftələrdə başlayan ödənişli mavi işarə proqramında veb tətbiqi üçün $11.99, mobil üçün $14.99 üçün aylıq abunə tələb olunur. Müəyyən sənədləri təqdim etdikdən sonra 18 yaşdan yuxarı istifadəçilər mavi işarə almaq hüququ qazanırlar.
Yalnız bir gündə 44 milyon mavi işarə satıldığı və 660 milyon dollar gəlir əldə edildiyi bildirilir. Təsdiq nişanının status simvoluna çevrilməsinin buna böyük təsiri var. Bu günə qədər mavi işarə tanınmış profillərə verilirdi. İndi hər bir ödəniş edən istifadəçi onu əldə edə bilər.