Evi başına uçan ananın Prezident İlham Əliyəvə ürəkparçalayan - MÜRACİƏTİ

Evi başına uçan ananın Prezident İlham Əliyəvə ürəkparçalayan - MÜRACİƏTİ
Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevə
Zaqatala rayon sakini Orucova Tünzalə Vaqif qızı tərəfindən
ƏRİZƏ
Yazıb sizə bildirirəm ki, həqat yoldaşım Məsimov Mübariz rafiq oğlu 24.06.2011 – ci il tarixində uzun sürən ağır xəstəlik səbəbindən vəfat edib. 2 övladım var. Uşağ bağçasında işləyirəm, 100 manat əmək haqqı alıram.100 manatla 3 nəfər ailə üzvlərinin 1 ay ərzində dolanması qeyri mümkündür. 8 ilə yaxındır ki, ailəmiz rəzalət içində yaşayır. Bir ana kimi övladlarımın yanında xəcalət çəkirəm ki, onların tələbatını tam ödəyə bilmirəm. Övladlarım öz yaşıdlarından həmişə geri qalırlar. Bu da bir ana kimi mənimçün çox ağir dərddir.

Ailə başçısını itirdiyimə görə mənə dövlət tərəfindən bir qəpik də müavinət verilmir. Ünvanlı sosial yardımla bağlı aidiyyatı orqanlara dəfələrlə rəsmi qaydada müraciət etməyimə baxmayaraq heç bir faydası olmayıb. Əgər bizim ailəyə ünvanlı sosial yardım düşmürsə, onda bəs hansı ailələrə düşür?
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, baldızımla birgə yaşadığım mənzil zəlzələ nəticəsində tam yararsız vəziyyətə düşüb. Bu barədə də rayon rəhbərliyinə dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir tədbir görülməyib.

Hələ bütün bunlar azmış kimi küçədə olan böyük şam ağacı təbii fəlakət nəticəsində evin üzərinə aşaraq evi tamamilə uçurtdu. Ev elə bir vəziyyətdədir ki, yaşamaq qeyri mümkündür. Evi yaşanması mümkün olan vəziyyətə gətirmək üçün, Yəni bərpa etmək üçün maddi imkanımız yoxdur. Rayon rəhbərliyi isə ümumiyyətlə bizim ailənin taleyilə maraqlanmır. O vaxtdan biz evsiz-eşiksiz qalmışıq, bir müddət bir qohumun evində, sonra başqa qohumun evində qalırıq. Evin magistral yoldan görünən tərəfini bəzəyiblər ki, cənab Prezident Siz ordan keçəndə reallığı görməyəsiz. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim ailəmə qarşı laqeydliyi aradan qaldırılmasında, pozulmuş hüquqlarımın bərpasında mənə yardımçı olasız!
Siz bir daha görün ki, rayon rəhbəri yerli sakinləri bizim kimi zəifləri necə incidir. Çox hörmətli Prezident əminəm ki, Sizə müraciətimdən sonra bizim ailəyə də yardım ediləcək, bizlərə laqeyid münasibət göstərənlər öz cəzasını çatacaq..!
Orucova Tünzalə Vaqif qızı

Kainat.tv