Antiterror tədbirlərində şəhid olanların sayı açıqlandı

Antiterror tədbirlərində şəhid olanların sayı açıqlandı

Antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunmuşdur.

Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olmuşdur.

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.