Azərbaycanla Araz dəhlizi sazişi imzalayacağıq – İranlı nazir

Azərbaycanla Araz dəhlizi sazişi imzalayacağıq – İranlı nazir

Gələn ay ərzində İran və Azərbaycan arasında Araz yol dəhlizi sazişi imzalanacaq.

Ictimaixeber.com xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəhliz sazişinin imzalanması ilə əlaqədar tədbir təşkil olunacaq. Tədbirdə Rusiya nümayəndələri də iştirak edəcəklər.

İranlı nazir bildirib ki, podratçı şirkətin təyin olunması ilə Araz dəhlizinin inşası prosesinə başlanıb. Bu proses Araz çayı üzərində körpünün tikilməsi, magistral yolun genişləndirilməsi çərçivəsində həyata keçiriləcək. Belə ki, bu dəhliz Naxçıvana birləşəcək.
Qeyd edək ki, Araz yol dəhlizi İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikasına birləşdirəcək.