Dəhşətli təyyarə qəzasında deputat və nazir ailəsi də öldü - Yeniləndi

Dəhşətli təyyarə qəzasında deputat və nazir ailəsi də öldü - YeniləndiEfiopiyadan Keniyaya uçan “Ethiopian Airlines” şirkətinə aid Boinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb.Axar.az xəbər verir ki, təyyarənin göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü olub.

***

Efiopiya Nazirlər Kabineti sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

“Təyyarədə 157 sərnişin olub. Baş nazirin ofisi hökumət və xalqın adından təyyarədə yaxınlarını itirən ailələrə başsağlığı verir”, - baş nazir Abiy Əhməd Əli Tvitter səhifəsində yazıb.

***

Efiopiyanın Dövlət Televiziyası qəzaya uğrayan təyyarədə sərnişin və heyət üzvlərinin hamısının həlak olduğunu bildirib.

***

Efiopiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan 3-ü Rusiya vətəndaşıdır.

Bu barədə RİA Novosti məlumat yayıb.

***

Qəzaya uğrayan təyyarədə Slovakiya parlamentinin deputatı Anton Qrnkonun həyat yoldaşı, oğlu və qızı da həlak olub.

Bu barədə deputatın özü Feysbuk səhifəsində məlumat paylaşıb.

Ümumilikdə isə 35 ölkə vətəndaşlarının dəhşətli olayda dünyasını dəyişdiyi deyilir.

***

Baş verən təyyarə qəzası ilə bağlı Efiopiyada 11 mart matəm günü elan edilib.

***

Qəzada həlak olanlar arasında İtaliyanın Sicilya əyalətinin Mədəni miras və Sicilya identikliyi naziri Sebastiano Tuza da olub.

Belə ki, o, YUNESKO proqramı çərçivəsində Keniyaya yollanmışdı.

Tuza göyərtədə 7 həmvətəni ilə birlikdə olub.