Bərdədə Qarabağ əlilinə zülm edilir: Hafiz Hacıyevin təşkilatından sərt - Reaksiya

Bərdədə Qarabağ əlilinə zülm edilir: Hafiz Hacıyevin təşkilatından sərt - Reaksiya
Bərdənin Çələbilər kəndində yaşayan 2-ci qrup Qarabağ əlili, çavuş Əsədov Elman Yunis oğlu prezidentə, I vitse-prezidentə, baş prokurora, daxili işlər nazirinə, ədliyyə nazirinə müraciət edib

Cahan.info xəbər verir ki, E.Əsədovun 4 aydan çoxdur müraciətinə baxılmır. Onun sözlərinə görə, dekabr 1992-ci ildən mart 1994-cü ilədək 772 saylı hərbi hissədə xidmət edib, döyüşlərdə ağır yaralanıb, 2-ci qrup Qarabağ əlilidir, 3 uşağı var.

“Hörmətli Mehriban xanım, Bərdənin Çələbilər kənd bələdiyyəsinin rəhbərliyi mənim dəfələrlə yazılı və şifahi edilən müraciətimə baxmır, məcbur qalıb yenə Sizə müraciət edirəm.

Mən müharibə əlillinə 10 hektar əkin sahəsinə yararlı sahədən torpaq verilsin, ailəmi və özümü dolandırım. Ancaq o kənd torpaqların mənə deyil, digər kənd sakinlərinin müharibə görməyən, hərbi xidmətdə olmayan sakinlərinə paylayır.

Mən isə bu barədə Bərdə rayon İcra Hakimiyyətinə və Çələbilər kənd bələdiyyəsinə müraciət etdim, cavabında isə mənə Bərdə rayon İcra Hakimiyyəti bildirdi ki, bələdiyyəyə müraciət et.

Bələdiyyə isə bildirir ki, mənə belə bir məktub daxil olmayıb, daxil olsa müraciətinə baxılacaq, belə yollarla mənə qarşı yenə də süründürməçilik edilməkdədir.

Digər kəndən olan vətəndaşlara bizim kəndin ərazisində hektarlarla yerlər ərazilər verirlər, lakin Qarabağ əlilini süründürməklə məşğuldurlar.

Çələbilər kənd İcra Nümayəndəsinə müraciət etmişəm ki, kənd ərazisindən mənə kənd təsərüffat təyinatlı olan ərazilərdən 10 hektara qədər torpaq ayrılsın.

Lakin müraciətinə baxılsada, digər kəndlərdən olan, müharibədə belə iştirak etməyən, heç bir imtiyazı olmayan şəxslər (Nicat adlı şəxs Otuzikilər kəndindən və Cəmil adlı şəxs Bayramlı kəndindən) hegemonluq edərək, kəndin torpaq sahələrini qanunsuz olaraq zəbt ediblər.

Bu səbəbdən də Qarabağ müharibə əlilinə öz doğma kəndində istifadə edilməsi üçün torpaq sahəsi tapılmır”, - deyə müharibə əlili yazıb.

E.Əsədov bildirib ki, dəfələrlə Çələbilər Bələdiyyəsinin binasına müraciətə gedib: “İş yerində bələdiyyə sədrini tapa bilmirəm. Bir neçə aydır hər gün mən müharibə əlili idarəyə getsəmdə, bələdiyyə sədri iş yerində olmur.

Zəng edirəm ki, mən sənlə görüşmək istəyirəm, müraciətim var, mənə cavabında bildirir ki, sən mənim nəyimsən ki, sənlə görüşüm, sənə kömək edim. Bu məmur bilmirki, bu vəzifəyə mənim kimi müharibə əlilinin hesabına gəlib çıxıb.

İş yerində tapılmırlar, mən məmuru iş yerində tapa bilmirəm. O bilmir ki, müharibə başlayanda qaçıb Rusiyaya gedib, indi gəlib müharibə əlilinə qarşı mübarizə aparır”.

Qarabağ əlili deyib ki, Bərdə rayon bələdiyyələrə nəzarət zona üzrə idarəsi tərəfindən araşdırma aparılıb. Məlum olub ki, 7 hektar torpaq sahəsi qanunsuz olaraq Bayramlı kəndindən olan Mikayılov Qabil İdris oğluna verilib.

Həmin 7 hektar torpaq sahəsi qanunsuz verildiyi üçün alınıb bələdiyyə hesabına keçirilməli, yenidən hərrac yolu ilə 5 ildən çox Çələbilər kəndində qeydiyyatda olan şəxsə verilməlidir.

“Mən anadan bu kənddə olmuşam, vətənim Azərbaycan uğrunda gedən döyüşlərdə yaralanaraq 2-ci qrup müharibə əlili olmuşam.

Bələdiyyə saxtakarlıqla məşğul olmaqla, bu torpaq sahəsini mənə verilməsinə maneçilik törədir. Mənə qarşı düşmənçilik mövqeyi tuturlar”, - deyə şikayətçi yazıb.

Məsələyə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Bərdədəki nümayəndəsi sərt reaksiya verib və sosial şəbəkədə etirazını bildirib.

“Bu gün mən məmur özbaşınalıqlarından danışacağam. İcra başçısı və onun nümayəndələrindən, bələdiyə sədrlərinin özbaşınaqlarından danışacağam.

Bildirmək istəyirəm ki, kənd bələdiyyələrinə məxsus torpaqları satırlar, özlərinə obyektlər tikirlər. Bununla gözləri doymayan məmurlarımız indidə vətəndaşlara ayrılmış otlaq yerlərini əkdirirlər.

Yəni, pul alıb satırlar, vətəndaşlar tələb edəndə deyirlər ki, prezidentin göstərişidir, bəs pambıq əkilməlidir. Bunlar qəsdən xalqı dövlətə qarşı çıxardırlar. Xahiş edirəm, bu haqda ciddi məşğul olunsun”.